AZE | RUS | ENG |

Konstitusiyaya düzəlişlərlə bağlı müzakirələrin vaxtı çatıb

Konstitusiyaya düzəlişlərlə bağlı müzakirələrin vaxtı çatıb
Atası – Yaponiyanın sabiq xarici işlər naziri Şintaro Abenin məzarını ziyarət edən Baş nazir Şinzo Abe ölkə Konstitusiyasında düzəlişlərin vaxtının çatdığını bildirib.
 
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə o, avqustun 13-də həmin səfər zamanı jurnalistlərə bəyan edib. Ş.Abenin atasının qəbri Baş nazirin seçki məntəqəsinin də daxil olduğu Yamaquçi prefekturasında yerləşir.
 
Baş nazir vurğulayıb ki, o, atasını Reiva dövründə keçirilən ilk ümumi seçkilərdə qələbəsi barədə məlumatlandırıb və bundan seçkilərin etimadını doğrultmaq üçün böyük motivasiya aldığını da deyib.
 
Xatırladaq ki, Ş.Abenin rəhbərlik etdiyi hakim koalisiya parlamentin yuxarı palatasına ötən ay keçirilən seçkilərdə qələbə qazanıb.
Baş nazir həmçinin qeyd edib ki, o atasına konstitusiyada düzəlişlərin aparılması ilə bağlı müzakirələrin vaxtının çatması barədə də məlumat verib.
Eyni zamanda, Ş.Abe bunun rəhbəri olduğu Liberal Demokratik Partiya qarşısında duran ən çətin vəzifə olduğunu da bildirib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946